Erməni nazirdən sərsəm açıqlama

Erməni nazirdən sərsəm açıqlama
  12 Sentyabr 2014    Oxunub:2587
Azərbaycan Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə təsir etmək məqsədilə sərhəddə təxribatlara törətməyə cəhd edir.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan İqtisad Universitetində çıxışı zamanı bildirib.

Ohanyan vurğulayıb ki, Ermənistan tərəfi problemin sülh yolu ilə həll olunmasını istəyir:

“Danışıqlar prosesində əsas məsələ Dağlıq Qarabağa öz müqəddəratını təyin etmə hüququnun verilməsidir”.

Ohanyanın sözlərinə görə, Ermənistan qarşılıqlı güzəştlərə getməyə hazırdır. Lakin danışıqlar prosesində Ermənistanın birtərəfli güzəştlərə getməsi yolverilməzdir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti