İspaniyada `Qarabağ`ın müstəqilliyi tanındı

İspaniyada `Qarabağ`ın müstəqilliyi tanındı
  12 Sentyabr 2014    Oxunub:2737
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın xarici işlər naziri Karen Mirzoyan İspaniyada səfərdədir.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, Mirzoyan səfər zamanı San Sebastyan şəhərində Qipuskao vilayətinin prezidenti Martin Garitano ilə görüşüb.

Görüş zamanı Martin Garitano Qipuskao hökuməti adından “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıdaqlarını bildirib.

Qipuskao ərazisinə görə, İspaniyanın ən balaca regionudur. Regionda 700 minə yaxın insan yaşayır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti