Lavrov: “Ukraynada vəziyyət gərginləşəcək”

Lavrov: “Ukraynada vəziyyət gərginləşəcək”
  12 Sentyabr 2014    Oxunub:1923
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyaların tətbiq etməsi Ukraynada yeni başlayan sülh prosesinin pozulması yolunu seçmək anlamına gəlir.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” telekanalına müsahibəsində bildirib.

“Biz düşünür ki, sülh prosesinin möhkəmləndiyi dövrdə belə bir qərarın qəbul edilməsi düzgün deyil” –deyə, Lavrov vurğulayıb.

Lavrov həmçinin vurğulayıb ki, rəsmi Moskva bu sanksiyalara “ehtiyatlı, adekvat və öncə öz maraqlarından nəzərə alaraq cavab verəcək”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti