UNESCO-dakı səfirimiz etimadnaməsini təqdim etdi

UNESCO-dakı səfirimiz etimadnaməsini təqdim etdi
  13 Sentyabr 2014    Oxunub:1261
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov etimadnaməsini qurumun baş direktoru xanım İrina Bokovaya təqdim edib.
AzVision.az xəbər verir ki, etimadnamənin təqdim edilməsi mərasimindən sonra Anar Kərimov və İrina Bokova arasında görüş olub.

İ.Bokova A.Kərimovu UNESCO yanında daimi nümayəndə təyin olunması münasibətilə təbrik edib. O, UNESCO ilə Azərbaycan arasındakı səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.

A.Kərimov UNESCO ilə əlaqələrin gücləndirilməsinin ölkəmiz üçün prioritet sahələrdən biri olduğunu deyib. Diplomat bu əməkdaşlığın daha da inkişafında Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.

Görüşdə Azərbaycan ilə UNESCO arasındakı əməkdaşlığın perspektivləri və birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti