Ərdoğan Kerri ilə Qarabağı müzakirə etdi
Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla iki saat yarım davam edən görüşdə Kerri iki ölkənin regiondakı terror təşkilatlarına qarşı mübarizəni davam etdiriləcəyini vurğulayıb.
Çankaya iqamətgahında baş tutan görüşdə iki ölkə arasındakı qarşılıqlı münasibətlər, regionda baş verən hadisələr, Cənubi Qafqaz bölgəsindəki problemlər müzakirə mövzusu olub, eləcə də Suriya müxalifətinə dəstək və humanitar yardımın davam etdirilməsi bildirilib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu da Con Kerrini qəbul edib. Baş nazirliyin binasında qapalı keçirilən görüş təxminən 1 saat davam edib.
Qeyd edək ki, Kerri ilə Ərdoğanın görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu bildirilir.
Fatimə Kərimli