ABŞ yenə Türkiyədən dəstək istədi

ABŞ yenə Türkiyədən dəstək istədi
  13 Sentyabr 2014    Oxunub:1664
ABŞ Dövlət Katibinin sözçüsü Marie Harf Türkiyənin regionda təhlüksəizlik və sabitliyin bərqərar olunmasında açar rolunu oynadığını deyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Harf Türkiyənin İŞİD-lə mübarizəyə dəstək verəcəyinə şübhə etmədiyini vurğulayıb: “Türkiyənin Ciddə bəyanatının imzalamaması ölkənin şəxsi qərarıdır. Şübhə etmirəm ki, türkiyəli rəsmilər də İŞİD-in təcavüzündən narahatdır. Bunu rəsmilərin həm şəxsi, həm də ictimaiyyətə açıq olan söhbətlərindən də görürük. Bunların hamısı Türkiyənin yaxınlığında baş verir və haqlı olaraq narahatdırlar”.

“İŞİD-ə qarşı koalisiyaya qatılıb-qatılmamaq hər ölkənin öz qərarıdır. Bu barədə açıqlamanı Türkiyə özü edəcək”, – deyə Marie Harf vurğulayıb.

O qeyd edib ki, ABŞ Türkiyədən NATO müttəfiqi kimi coğrafi mövqeyinə uyğun olaraq İŞİD-lə mübarizəyə dəstək olmağını gözləyir: “Amma bunun nə vaxt və necə olacağına türk liderlər qərar verəcək. Əgər Türkiyə hərbi hərəkata dəstək verməsə bunun problem yaradacığını düşünmürəm. Məncə dəstək olacaq”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti