Ziya Məmmədov Bakıya yeni taksilər gətirir

Ziya Məmmədov Bakıya yeni taksilər gətirir
  13 Sentyabr 2014    Oxunub:1788
"TX4" avtomobillərinin operatoru olan "Baku Taxi Company" şirkəti gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər parkını daha 500 avtomobillə genişləndirmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə "Trend"-ə şirkətdən bildiriblər.

Hazırda şirkətin avtomobil parkı 1000 maşından ibarətdir və onlar yalnız Bakı ərazisində işləyir.

Şirkətdən yeni avtomobillərin ölkəyə gətiriləcəyi tarixi açıqlamayıblar. Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları iyunun 12-28-də keçiriləcək. Avtomobillərdə gedişhaqqına gəlincə, şirkətdən deyiblər ki, tarif dəyişməz qalır.

AzVision.az


Teqlər:  





Xəbər lenti