Azərbaycanın Tiflisdə milyonluq layihəsi

Azərbaycanın Tiflisdə milyonluq layihəsi
  13 Sentyabr 2014    Oxunub:2140
Azərbaycan şirkəti Gürcüstanda yaşayış kompleksi inşa edir.
Azərbaycanın “AS Group İnvestment” şirkəti Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Dirsi” çoxfunksiyalı yaşayış kompleksinin layihəsi üzrə işləri davam etdirir.

Şirkətin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, 2012-ci ilin dekabr ayında tikintisinə başlanan kompleks Kür çayının sahilində 705 min kvadratmetr ərazini əhatə edir. Yaşayış kompleksi 22 bina olmaqla, 1, 2 və 3 otaqlı mənzillərdən, mağazalardan və ofis sahələrindən ibarətdir.

Tikinti işlərinin 2014-2015 illərdə yekunlaşması nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti