ABŞ-ın hərbi təyyarələri toqquşdu

ABŞ-ın hərbi təyyarələri toqquşdu
  13 Sentyabr 2014    Oxunub:1974
Amerikanın iki “F/A-18 Hornet” qırıcı-bombardmançı təyyarəsi toqquşub. İnsident Sakit okeanın qərb hissəsində baş verib.

Bu barədə Amerikanın Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti xəbər yayıb.

`Karl Vinson` aviadaşıyıçı gəmisinin göyərtəsindən havaya qalxan qırıcılar Fars körfəzinə tərəf istiqamətlənibmişlər.

Qəzanın baş vermə səbəbləri dəqiq məlum deyil.

Amerikanın hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata əsasən, qırıcılardan birinin pilotu xilas edilib, ona tibbi yardım göstərilir. İkinci qırıcının pilotunun axtarışları isə davam edir.

İnsidentin baş vermə səbəbləri dəqiqləşdirilir.

Xatırladaq ki, analoji insident bu ilin iyun ayında da baş vermişdir.

Nərmin Məmmədova



Teqlər:  





Xəbər lenti