İdmançımız dünya çempionu oldu

İdmançımız dünya çempionu oldu
  13 Sentyabr 2014    Oxunub:1631
Belarusun paytaxtı Minskdə qarışıq döyüş növləri üzrə (MMA) dünya çempionatı keçirilib.

6 çəki dərəcəsində baş tutan final oyunlarında Azərbaycan idmançısı Zaur Hacıbabayev də iştirak edib. 93 kq-dan yuxarı çəki dərəcəsində yarışan Zaur Hacıbabayev finalda Qazaxıstan idmançısı Moxmad Sulimanovu nokautla məğlub edərək dünya çempionu olub.

Mükafatlandırma mərasimində Zaur Hacıbabayevə çempionluq kəmərini MMA üzrə dəfələrlə dünya və Avropa çempionu, əfsanəvi Fyodr Yemelyanenko təqdim edib.
Qeyd edək ki, Zaur Hacıbabayev MMA üzrə Dünya Kubokunun qalibi, Avropa çempionatının mükafatçısı, Asiya çempionudur.


Teqlər:





Xəbər lenti