Putin Rusiyanı məhv edir

Putin Rusiyanı məhv edir
  14 Sentyabr 2014    Oxunub:2078
Rusiya prezidenti Vladimir Putinin məqsədi ölkəsinin müstəqilliyini məhv etməkdir.
Bu barədə Ukraynanın baş naziri Arseni Yatsenyuk bəyan edib.

O, bildirib ki, Rusiya qlobal qaydaları və Avropanın təhlükəsizliyini hədələyir.

Baş nazir hesab edir ki, Avropa Birliyinin və ABŞ-ın yeni sanksiyaları Rusiya iqtisadiyyatına böyük zərbə vuracaq. Yatsenyuk həmçinin Ukraynanın şərqində separatçıları atəşkəs rejiminə əməl etməyə çağırıb.

Qeyd edək ki, rəsmi Kiyev bəyan edib ki, rusiyameylli qüvvələr Donetskdəki aeroporta hücum edib. Ukrayna ordusu hücumun qarşısını alınıb.

Onu da bildirək ki, Donetsk şəhəri separatçılarda olsa da, hava limanına hökumət qüvvələri nəzarət edir. Atəşkəsin pozulmasında münaqişə tərəfləri bir-birini ittiham edir.(ans)


Teqlər:





Xəbər lenti