İrandan İŞİD-ə görə ABŞ-a sərt ittihamlar

İrandan İŞİD-ə görə ABŞ-a sərt ittihamlar
  14 Sentyabr 2014    Oxunub:4733
“Amerika İŞİD-ə qarşı savaş bəhanəsi ilə bölgəni müharibə meydanına çevirmək istəyir”.
AzVision.az xəbər verir ki, bu fikirləri İran parlamentinin sədri Əli Laricani bildirib.

ABŞ-ın İŞİD-lə bağlı strategiyasını tənqid edən Laricani bildirib ki, Qərb ölkələri, o cümlədən Amerika terrorla mübarizə adı altında öz mənfəətlərini güdürlər.

“Qərb ölkələri terrorizmə dəstək verərkən başlarına belə bir bəlanın gələcəyini bilmirdilərmi? Amerikanın İŞİD-ə qarşı mücadilə bəhanəsi ilə bölgəni savaş meydanına çevirməməsi üçün diqqətli olmalıyıq”.

Spiker qeyd edib ki, vaxtilə Qərbin idarə etdiyi terrorçu qruplar hazırda onlardan üz döndəriblər.

"ABŞ-ın bu məsələdə uğur qazanmamasının səbəbi öz maraqlarını hər şeydən üstün tutmasıdır. ABŞ-ın Suriyadakı terrorçu qruplara dəstək olmasının şahidi olduq. Burdan səslənirəm ABŞ-a, sizin İŞİD-ə qarşı koalissiya yaratmağınızın səbəbi nədir? ABŞ bölgədə barıtla oynayır”.

AzVision.az


Teqlər:





Xəbər lenti