PKK 3 məktəbi yandırdı -FOTOLAR

PKK 3 məktəbi yandırdı -FOTOLAR
  15 Sentyabr 2014    Oxunub:1613
PKK-lı terroristlər bir gecə ərzində 3 məktəbi yandıraraq məhv ediblər.
Muşda ötən gecə PKK-lı terroristlər tərəfindən təxminən 2 min şagirdin təhsil aldığı 3 məktəbə molotoflu hücum təşkil edilib.

Məktəblər yararsız hala düşüb.

Üzlərini bağlayan 60-70 nəfərlik terrorist qrup, ilk əvvəl Yeni Mahalda olan Mehmet Akif ibtidai məktəbini yandırıb.

Qrupun ikinci hədəfində isə Şəhidlik Mahalındakı Fatih İbtidai məktəbi olub. Terroristlər qapıları qıraraq içəri daxil olublar və yanğın törətməyə başlayıblar.

Bu da az deyilmiş kimi, daha bir orta məktəbi də yandıran terroristlər, bir gecə içində 3 təhsil ocağını məhv ediblər.

Məktəblərdəki yanğınlar söndürülsə də, uzun zaman bu məktəblərdən istifadə edilə bilməyəcək və bu da dərslərin başlamasında gecikmələrə səbəb olacaq.

Hazırda terroristlərin axtarışı davam edir.(musavat.com)

Qalereya




Teqlər:  





Xəbər lenti