Alim Qasımov gənc müğənni ilə rok oxuyacaq
Sözləri Elxan Cəfərliyə aid mahnının bəstəkarı Tural Bakuvi böyük sənətkar Alim Qasımovla işləməkdən qürur hissi keçirdiyini bildirib:
- “Dünya” adlanan mahnının musiqisi mənə, sözləri Elxan Cəfərliyə aiddir. Mahnı etno-rok üslubundadır. İstedadlı gənc ifaçı Rəmal Rəsul və Alim müəllimin dueti şəklindədir. Proyekt demək olar ki, tamamlanıb və yaxın bir-iki həftə ərzində dinləyicilərin ixtiyarında olacaq. Bu arada, hər kəs bilir ki, Azərbaycanda alternativ etno-rok janrının banisi bizik və düşünürəm ki, bu iş bizdə kifayət qədər uğurlu alınır.
Alim Qasımovun duet ortağı, gənc müğənni Rəmal Rəsul isə deyib ki, `Azərbaycan muğam sənətinin zirvəsi Alim müəllimlə duet oxumaq mənim üçün şərəfdir. Yeni proyektimiz doğurdan da qeyri-adidir. İfaçı və aranjimançı olaraq ilk növbədə bu böyük musiqiyə görə Tural Bakuviyə minnətdarlığımı bildirirəm. Mən bu proyekti konkret bir musiqi janrına aid etməzdim, mahnı muğam, estrada və alternativ-hard-etno rok üslublarının sintezidir. Əslində bu proyektim məzmun baxımından xalq artisti Flora Kərimova ilə oxuduğum “Bağışla” və solo ifa etdiyim “Tənha Gecələr” gecələr mahnılarının davamı da sayıla bilər`.
Muğam ustası Alim Qasımov da öz növbəsində söyləyib ki, rok janrında olan mahnının cəmiyyət ucun maraqli bir layihə olacağına və bəyəniləcəyinə ümid edir.
AzVision.az