Merkeldən Putinə özəl zəng
Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybertin sözlərinə görə, liderlərin telefon danışığı zamanı Ukraynadakı son vəziyyət diqqət mərkəzində saxlanılıb.
Onun sözlərinə görə, Merkel Rusiya, Ukrayna və Avropa İttifaqı arasında aparılan danışıqlar nəticəsində azad ticarət sahəsində əldə olunan razılaşmanı məmnunluqla qarşılayıb: “Kansler Rusiya və Ukrayna arasında qazın qiyməti ilə bağlı yaranan konfliktin aradan qaldırılması məqsədilə üçtərəfli danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb”.
Eldar Tanrıverdiyev
Teqlər: