İntihar edən gənclərimizlə bağlı cinayət işi açılıb

İntihar edən gənclərimizlə bağlı cinayət işi açılıb
  27 Aprel 2013    Oxunub:1271
Bakıda iki gəncin intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatında qeyd olunur ki, aprelin 27-də saat 10:30 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən "Şuşa" yaşayış məntəqəsində istifadəsiz yaşayış evində iki nəfərin asılmış vəziyyətdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər və Sabunçu rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.

İlkin araşdırmalarla meyitlərin 1995-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuş Qəmbərli Əli Oruc oğlu və 1995-ci ildə Şərur rayonunda anadan olmuş Bayramov Ramil Vidadi oğlu olması müəyyən edilib.

Meyitlərə valideynlərinin iştirakı ilə baxış keçirilib, baxış zamanı onların boyun nahiyəsində stranqulyasiya şırımından başqa heç bir xəsarət və ya xəsarət izi aşkar edilməyib.

Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, məhkəmə-tibb ekspertizaları təyin edilib.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, Ə.Qəmbərli və R.Bayramov aprelin 26-da evdən çıxıb və sonuncu həmyerlisi Elçin adlı şəxsin mobil telefonuna "haqqınızı halal edin, bu gün Əli ilə mənim axırıncı günümdür" mesajı göndərib.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti