“Qarabağ”a şad xəbər: stadion hazırdı

“Qarabağ”a şad xəbər: stadion hazırdı
  16 Sentyabr 2014    Oxunub:2261
“Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü Niderlanddan gətirilən qazonla əvəz olunub”.
Bunu AzVision.az-a açıqlamasında Tofiq Bəhrəmov adına Respublika stadionun direktoru Akif İsmayılov deyib. Direktorun sözlərinə görə, hazırda qalan işlər davam etdirilir.

“Bir neçə gün lazımdır ki, ot örtüyü tam özünü tutsun. Ot örtüyü yüksək səviyyədədi. Hazırda vəziyyəti pis deyil. Oyun oynamaq üçün heç bir problem yoxdu. Bu gün axşama və sabaha vəziyyəti daha da yaxşı olacaq. Oyun başlayıb bitənədək ot örtüyünü dəyişən şirkət ona qulluğ edəcək. Bundan sonra bizim mütəxəssislərə təhvil veriləcək”-deyə A.İsmayılov vurğulayıb.

Qeyd edək ki, stadionun ot örtüyünün dəyişdirilməsi üçün 400 mil manat vəsait xərclənib.

Xatırladaq ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə ilk oyununa qədər işlər tam yekunlaşdırılacaq. "Qarabağ" - "Sent-Etyen" qarşılaşması sentyabrın 18-də, saat 21:00-da başlayacaq.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti