ABŞ-dan prezidentlərin Paris görüşünə reaksiya

ABŞ-dan prezidentlərin Paris görüşünə reaksiya
  16 Sentyabr 2014    Oxunub:2243
Hazırda Ermənistanda olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılan görüşdən danışıb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Uorlik bildirib ki, hər iki prezident münaqişənin sülh yolu ilə nizamlanmasını və öz xalqları üçün ən yaxşı olanı etmək istəyir: “Mən həmişə demişəm ki, tərəflər arasında sülh Ermənistanın çiçəklənməsi ilə nəticələnəcək”.

Amerikalı həmsədr həmçinin Parisdə keçiriləcək prezidentlərin görüşü barədə proqnozlar vermək istəmədiyini bildirib: “Ən vacib problemlərdən biri – tərəflər arasında olan etibarsızlıqdır. Liderlər görüşməli və bu problemlərin aradan qaldırılması üçün əllərindən gələni etməlidir”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti