Ukrayna Avropa ilə assosiasiya sazişini təsdiqlədi

Ukrayna Avropa ilə assosiasiya sazişini təsdiqlədi
  16 Sentyabr 2014    Oxunub:1416
Ali Rada Ukrayna və Avropa İttifaqı arasında assosiasiya haqqında sazişi təsdiqləyib.
AzVision.az-ın “UNAİN”-a istinadən verdiyi məlumata görə, Radanın bu iclasında ölkə prezidenti Pyotr Poroşenko, baş nazir Arseniy Yatsenyuk və hökumət üzvləri də iştirak edib.

Rada da keçirilən səsvermədə 355 deputat qanun layihəsinin lehinə, 26 nəfər isə fikir bildirməkdən imtina edib. Qanun layihəsinin əleyhinə heç bir deputat səs verməyib.

Müvafiq qanun layihəsi Avropa Komissiyasının Strasburqda keçirilən iclasında da müzakirəyə çıxarılıb. Komissiyanın iclasında qanun layihəsinin lehinə 535, əleyhinə 127 nəfər səs verib. 35 deputat isə bitərəf olub.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti