Uorliklə erməni nazirin Qarabağ söhbəti

Uorliklə erməni nazirin Qarabağ söhbəti
  17 Sentyabr 2014    Oxunub:1655
Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, görüş zamanı tərəflər Qarabağ probleminin sülh yolu ilə nizamlanması barədə məsələləri müzakirə edib.

Uorlik və Nalbandyan həmçinin Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə baş tutacaq Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsinin əhəmiyyətini də vurğulayıblar.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti