“NATO müharibəni qızışdırır” - Lavrov

“NATO müharibəni qızışdırır” - Lavrov
  17 Sentyabr 2014    Oxunub:1758
NATO Ukrayna böhranında dağıdıcı rol oynadı və faktiki olaraq hazırda rəsmi Kiyevi münaqişənin hərbi yolla həll edilməsinə təhrik edir.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.

“NATO Ukraynanın cənub-şərqindəki böhranda dağıdıcı rol oynayıb. Təşkilatda Ukraynanın hərbi potensialının artırılması barədə qərar verilib. NATO rəhbərliyi quruma üzv ölkələrin Ukraynaya hərbi avadanlıq və silah-sursat çatdırılması barədə qərarına göz yumur. Bu silahlar, hərbi avadanlıqlar isə ölkə daxili repressiyalarda istifadə oluna bilər. Bununla da, onlar rəsmi Kiyevi faktiki olaraq müharibəyə təhrik edirlər” – deyə, Lavrov vurğulayıb.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, NATO-nun Ukrayna ilə birgə ilin sonuna qədər bu ölkə ərazisində keçirilməsi planlaşdırılan hərbi təlimlər sülh prosesinə mane olur və Ukrayna cəmiyyəti arasında fikir ayrılığını daha da dərinləşdirir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti