Qadınlar üçün universitet açılır

Qadınlar üçün universitet açılır
  17 Sentyabr 2014    Oxunub:1333
Qazaxıstan paytaxtı Astana da qadınlar üçün universitet açılacaq.
AzVision.az-ın məlumatına görə, Mədəniyyət və Əxlaqı Təhsil İnstitutu ilk tələbələrini sentyabrın 18-də qəbul edəcək.

“Qazax Qızı” layihəsi əsas məqsədi qazax mədəniyyəti, norma və prinsiplərinin, ailə ənənələrini bərpa etmək, onları gənc qızlar arasında yaymaqdır.

“Qızların tərbiyə olunmasına böyük diqqət ayrılmalıdır. Çünki onlar gələcək həyat yoldaşları və analarıdır” –deyə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev daha əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti