Ərdoğan İŞİD-ə görə təcili toplantı çağırdı

Ərdoğan İŞİD-ə görə təcili toplantı çağırdı
  17 Sentyabr 2014    Oxunub:2875
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təcili toplantı çağırıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın rəhbərliyi ilə İraq və Suriyadakı vətəndaş müharibəsi, İŞİD terror təşkilatının regiona təsiri və ABŞ-ın bu təşkilata qarşı başlatdığı mübarizə ilə bağlı fövqəladə iclas keçiriləcək.

Bu, Ərdoğnın prezident kimi fəaliyyətə başlamasından sonra Türkiyə Milli Güvənlik Kurlunun ilk növbədənkənar iclası olacaq.

Regiondakı münasibətlər və Türkiyənin təhlükəsizliyinin müzakirə olunacağı toplantıda baş nazir Əhməd Davudoğlu, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəl, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Əfkan Ala və milli təhlükəsizlik naziri İsmət Yılmaz iştirak edəcək .

İclas yerli vaxtla saat 15:30-da başlayacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti