Azərbaycan mədəniyyətində böyük rol oynayan bu alətin tarixdəki izlərini araşdırmaq, mahir saz ustaları-aşıqlər ilə ünsiyyət qurmaq, bu dəyərli alətimizi dünyaya tanıtmaq məqsədilə Almanyali musiqiçi və saz heyranı Petra Nachtmanova rejissor Stephan Talneau ilə birlikdə SAZ layihəsini ərsəyə gətirmək fikrinə düşüblər.
Onlar bu layihə çərçivəsində Balkanlardan tutmuş Xorasanadək 4-5 aylıq səyahət edərək, saz haqqında geniş bir film çəkəcəklər. Bu günə qədər Azərbaycan mədəniyyətinin ayrılmaz bir parçası olan bu simli aləti əks etdirən belə bir filmin olmaması, eləcə də filmin çəkilişinə məhz xarici vətəndaşların təşəbbüs göstərməsini nəzərə alaraq, Azərbaycan Tələbə Şəbəkəsi Petra və Stephanın 3-14 iyun tarixləri arasında mahir saz ifaçilari - aşıqlqr ilə şəxsən taniş olmaq üçün jurnalist Naibə Şirinovanın müşayətilə Vətənimizə səyahət etmələrinə imkanı yaradıb.
Onlar 8 gün ərzində Bakıda saz tədqiqatçıları və aşıqlarla müxtəlif sosial tədbirlər keçirəndən, eləcə də Azərbaycan İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası və Musiqi Akademiyasında qiymətli bilik mübadiləsi apardıqdan sonra, çəkilişləri Gədəbəydə davam etdiriblər.