Necə arıqlamaq lazımdır? – Məşqçi ilə MÜSAHİBƏ

Necə arıqlamaq lazımdır? – Məşqçi ilə MÜSAHİBƏ
  18 Sentyabr 2014    Oxunub:18822
Hansı məşqlər piyin əridilməsi üçün daha effektivdir? Sağlamlığa zərər vurmamaq üçün necə məşq etmək və qidalanmaq lazımdır? Bu suallara AzVision.az-a müsahibəsində trenajor zalının məşqçisi Namiq Cəfərov aydınlıq gətirib.

Namiq Cəfərov paurliftinq üzrə dördqat dünya, beşqat Avropa, doqquzqat Azərbaycan çempionudur. Dörd dəfə dünya kubokunu alıb. 2009-cu ildə Azərbaycan prezidenti İlham Əliyev ona fəxri fərmanla təltifləndirib və ev hədiyyə edib.


- Trenajor zalına çoxmu adam gəlir?

- Məsələ burasındadır ki, insanların 50 faizi məhz çimərlik mövsümdən əvvəl fitnesslə məşğul olur. Yəni, insanlar yaz fəslinin əvvəlində məşqlərə gəlməyə başlayır və hazırlıqları çimərlik mövsümünə qədər davam etdirirlər. Təəssüflər olsun ki, bundan sonra onlar məşqləri dayandırırlar.

Amma bu, yalnız insanların 50 faizinə aiddir. Yerdə qalanlar üçün fitness artıq həyat tərzinə çevrilib. Bu cür insanlar üçün fitness ilk növbədə sağlam və düzgün qidalanmaqdır.

- Təsəvvür edin ki, bir xanım idman zalına gəlib və hansı idman növündən başlayacağını bilmir. Siz qadınlara hansı növ məşqlər etməyi məsləhət görürsünüz?

- Bunun üçün fərdi məşqçiyə müraciət etmək lazımdır. Məşqçi xanımın xüsusiyyətlərini və bədən quruluşunu nəzərə alaraq ona individual proqram hazırlayacaq.

- Bəs kişilər?

- Onlar da həmçinin

- Deyilənə görə, idmanla məşğul olan şəxslərin çəkisi artır. Bunun baş verməsi nə ilə əlaqədardır?

- İdman zalına gələn insanın əsas məqsədi ya çəkini artırmaq ya da əksinə, arıqlamaqdır. Hər şey qarşıya qoyulan məqsəddən asılıdır. Məşqçi bədən quruluşu və müştərinin istəyini nəzərə alaraq, məşq proqramını seçir, sonra isə hazırlıq başlayır. Əgər müştəri əzələ kütləsini artıqmaq istəyirsə, onda məşqlərin köməyilə öz çəkisini artırır. Yox, əgər müştəri arıqlamaq istəyirsə, onda müvafiq olaraq onun çəkisi azalır.

- Yəni, istənilən halda məşqlərə başlayarkən ilk növbədə məşqçiyə müraciət etmək lazımdır?

- Bəli, fitness və ya trenajor zalına gələn istənilən şəxs ilk növbədə məşqçiyə müraciət etməlidir. Məhz o, müştərinin məşq edəcəyi proqramı hazırlayacaq. Zala daxil olan insan 20 məşq qurğusunu görür, onlardan birinə yaxınlaşır və məşq etməyə başlayırsa, bu, düzgün deyil. Məşqlər sistemli və müəyyən proqram əsasında həyata keçirilməlidir.

- İdmanla məşğul olmağın müsbət tərəfi nədir?O, insana nə verir?

- Həyatda müvəffəqiyyət. (Gülür) Mən sizin oxuculara da qarşılarına hədəf qoymağı və onlara nail olmağı arzulayıram.

- Oxucularımızı daha çox maraqlandıran sual: Çəkini tez bir zamanda necə aşağı salmaq olar?

- Bu, fərdi məsələdir. Bu proses 3 aydan 6 ayadək davam edə bilər. Hər şey insanın artıq çəkisinin miqdarından asılıdır. Həmçinin çəkini düzgün, sağlamlığa zərə vurmadan aşağı salmaq lazımdır. Məsələn, insanın 20 kiloqram artıq çəkisi var. O, arıqlamağı qarşısına məqsəd qoyur. Yemək yeməyi dayandırır və çox məşq etməyə başlayır. Bununla da, onun çəkisi azalır. Ancaq bu halda dəri yığılmağa çatdırmır və bədənin bəzi hissələrində sallaq formada qalır. Bu, düzgün yanaşma deyil. Ona görə də, bu prosesə ciddi şəkildə yanaşmaq lazımdır. Yəni, ac qalmaq olmaz. Düzgün qidalanmaq və səbrli olmaq lazımdır. Çünki məhz 3-6 ay ərzində düzgün formada arıqlamaq olar.

- İnsanların əksəriyyəti əzələ kütləsini tez artıqmaq üçün proteinlər qəbul edir. Məşqlər zamanı protein qəbul etmək olarmı? Onların əlavə təsirləri varmı?

- Protein - insanların su ilə qarışdıraraq içdiyi zülal qarışıqlardır. Zülal ət, balıq və süd məhsullarının əsas hissəsini təşkil edir. Bu cür qidaları ən erkən yaşlardan belə qəbul etmək olar. Yəni, əgər balaca uşaq bir fincan protein qarışığını içsə belə, bu, ona mənfi təsir göstərməyəcək. Çünki bu, sadəcə içərisində yağ olmayan süddür.

Protein – yağlardan təmizlənən zülal konsentratıdır. İdman qidası fikizi yüklənmələrdən sonra bərpa prosesini yaxşılaşdırır. Onlardan yalnız trenajor zalına gələnlər deyil, həmçinin futbolçular, atletlər və digər idmançılar da istifadə edirlər. Lakin ondan istifadə mütləq deyil.

- Siz insanların qidalanmasına düzəlişlər edirsiniz?

- Bəli, ehtiyac olduğu təqdirdə qida rasionuna dəyişikliklər edirəm, qidalanma planı qururam.


Balifa Baxşıyeva
Ulker Qurbanəliyeva
Eldar Tanrıverdiyev



Teqlər:  





Xəbər lenti