“Qarabağ” 10 qat Fransa çempionuna qarşı - Bu axşam

  18 Sentyabr 2014    Oxunub : 1669
“Qarabağ” 10 qat Fransa çempionuna qarşı - Bu axşam
Oyuna 20 mindən artıq bilet satılıb
Bu gün Avropa Liqasının qrup mərhələsinin oyunlarına start veriləcək.AzVision.az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ” bu gün qrupda ilk oyununa çıxacaq. F qrupunda mübarizə aparan komandamız öz meydanında Fransanın “Sent Etyen” klubu ilə qarşılaşacaq. Tarixində ilk dəfə qrup mərhələsinə yüksələn Ağdam təmsilçisi Görüş saat 21:00-da başlayacaq. Oyunu Şotlandiyadan olan hakimlər-Steven Maklin, Qavin Harris, Fransis Konnor, Alasdair Ross idarə edəcək.

“Qarabağ”-ın rəqibi zəif olmasa da klubumuz ev oyunu amilindən yararlanmağa çalışacaq. Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına stadion 31200 azarkeşi qəbul etmək gücünə malikdir. Bu saatlara qədər 20 mindən çox bilet satılıb. “Qarabağ”ın bu oyunda azarkeşlərin dəstəyinə ehtiyacı olacaq.

Rəqib “Sent Etyen” klubu ötən il Fransa çempionatını 4-cü pillədə başa vurub. Bu isə komandanın heç də zəif olmamasının göstəricisidir. Fransada futbol çempionatının yüksək liqasının tarixi 1932-33-cü il mövsümündən başlayır. İlk çempionluğu 1957-ci ildə qazanmış “Sent-Etyen” sonralar daha 9 dəfə qızıl medallara yiyələnib və hazırda 10 çempionluqla Fransa çempionatında liderdir.

Anar Kəlbiyev

Teqlər: