Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Quliyev Ruslan tərəfindən həyata keçirilən “Danışan çay daşları” adlı layihənin əsasında baş tutub. Layihənin icrasına isə Bakı şəhərində iyunun 16-dan başlanılıb.
Layihənin keçirilməsində məqsəd –istedadlı gənclərin inkişafına dəstək olmaq, daş üzrə oyma sənətini və bu sənət üsulu ilə milli dəyərlərimizi gənclər arasında təbliğ etmək, gənclərin və ictimaiyyətin bu sənətə marağını artırmaqdır.
Layihə çərçivəsində Ədalət Elmanın çay daşlarından ibarət əl işlərininin nümayiş olub. Sərgi sentyabrın 20-nə kimi davam edəcək.
AzVision.az