Xələf Xələfov sessiyada çıxış edəcək

Xələf Xələfov sessiyada çıxış edəcək
  29 Aprel 2013    Oxunub:1263
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun 16-cı və BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 50-ci sessiyaları keçiriləcək

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 29 aprel-03 may tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun 16-cı və BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 50-ci sessiyaları keçiriləcək.

Sözügedən sessiyalarda Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edəcək. Həmçinin, tədbirlərdə nazir müavini Xələf Xələfovun çıxışları nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti