`The Hill`: `ABŞ Azərbaycanla siyasətini düzgün qurmur`

`The Hill`: `ABŞ Azərbaycanla siyasətini düzgün qurmur`
  19 Sentyabr 2014    Oxunub:2440
“Vaşınqtonun öz faktiki müttəfiqləri ilə siyasəti anlaşılmazdır. Misal olaraq Azərbaycanı göstərmək olar. Azərbaycan, Rusiya və İranla sərhəddədir, Mərkəzi Asiya üçün enerji tranzit marşrutudur və beləliklə ABŞ üçün vacib siyasi tərəfdaşdır”. Bu sözlər “The Hill” saytında dərc olunan “Amerika rəhbərliyinin zəifliyi qlobal sabitliyi pozur” adlı məqalədəndir.

AzVision.az xəbər verir ki, “TSG” konsaltinq şirkətinin rəhbəri Ceyson Katz-ın qələmə alığı məqalədə ABŞ-ın “Ərəb baharı”ndan dərs götürmədiyi deyilir: “ABŞ son zamanlar Azərbaycana qarşı sərt tənqidlərlə çıxış edir. Təbii ki, bu tənqidlərin çoxu erməni fəallar tərəfindən olur. O adamların ki, onlar Ermənistan dövlətçiliyinin uğursuzluğundan danışsalar daha düzgün olardı. Ermənistan Rusiyanın vassalına çevrilib və İranın müttəfiqidir”.

Yazıda qeyd olunur ki, Azərbaycanla bağlı ən çox tənqidi məqalələr dərc edən Azadlıq Radiosudur.

Məqalənin əsas ideyası budur ki, dünyada artan qeyri-sabitliyin qarşısını almaq üçün ABŞ-ın liderliyinə ehtiyac var. Amma bu supergücün addımları realist olmalı və strateji hədəflərə istiqamətlənməlidir.

Yazının tam mətnini BURADAN oxumaq olar.

AzVision.az


Teqlər:





Xəbər lenti