Dinozavrlar Bakıda – FOTOLAR, VİDEO

  19 Sentyabr 2014    Oxunub : 4163
Dinozavrlar Bakıda – FOTOLAR, VİDEO
"Bakı Ekspo Mərkəzi"ndə "Dinozavrlar şousu" açılıb. Sərginin ilk açılış günündə yüzlərlə Bakı sakini və şəhərin qonaqları sərgiyə baş çəkib.

Onların arasında bomondumuzun ulduzları - şairə və prodüser Zəhra Bədəlbəyli, "Eurovision-2011"in qalibi Eldar Qasımov, müğənni və televiziya aparıcısı Nura Suri, ifaçılar Natəvan Həbibi, Məryəm Şabanova və Çingiz Mustafayev, bəstəkar və şoumen Murad Arif, televiziya aparıcısı Şəhriyar Əbilov, aktyor Rüfət Nəzər və digərləri olub.

Sərgi Argentinada yaradılıb və uğur qazandıqdan sonra Avropada, Şimali və Cənubi Amerikada, Çində, Rusiyada nümayiş olunub, indi isə növbə Azərbaycanındır. Sərginin həyata keçməsi üçün təkcə texniklər deyil, həm də paleontoloqlar işləyiblər. Məhz onların sayəsində dinozavrlar olduqca "canlı" görünür.

Foto və video: Nuron Məmmədov

Foto


Teqlər: