Baş Prokurorluq məlumat yayıb: “Haqqınızı halal edin...”

Baş Prokurorluq məlumat yayıb: “Haqqınızı halal edin...”
  29 Aprel 2013    Oxunub:948
Bakı şəhər prokurorluğu və Baş Polis İdarəsi Sabunçuda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.
Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 27-də saat 10:30 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən «Şüşa» yaşayış məntəqəsində istifadəsiz yaşayış evində iki nəfərin asılmış vəziyyətdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər və Sabunçu rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.

İlkin araşdırmalarla meyitlərin 1995-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuş Qəmbərli Əli Oruc oğlu və 1995-ci ildə Şərur rayonunda anadan olmuş Bayramov Ramil Vidadi oğlu olması müəyyən edilib.

Meyitlərə valideynlərinin iştirakı ilə baxış keçirilib, baxış zamanı onların boyun nahiyyəsində stranqulyasiya şırımından başqa heç bir xəsarət və ya xəsarət izi aşkar edilməyib.

Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, məhkəmə-tibb ekspertizaları təyin edilib.

Araşdırmalarla həmçinin müəyyən edilib ki, Ə.Qəmbərli və R.Bayramov aprelin 26-da evdən çıxmış və sonuncu həmyerlisi Elçin adlı şəxsin mobil telefonuna «haqqınızı halal edin, bu gün Əli ilə mənim axırıncı günümdür» mesajı göndərmişdir.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti