Məşhur ingilis qəzeti: `Ermənistan işğalçıdır...`

Məşhur ingilis qəzeti: `Ermənistan işğalçıdır...`
  23 Sentyabr 2014    Oxunub:1596
Londonda nəşr edilən “The Huffington Post” qəzetində “Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal mövqe nümayiş etdirməlidir” sərlövhəli məqalə dərc olunub.

“Faith Matters” qeyri-hökumət təşkilatının direktoru Fiyaz Muğalın müəllifi olduğu məqalənin əvvəlində Azərbaycanın strateji əhəmiyyətindən bəhs edilir, digər ölkələrin Azərbaycanın önəmini dərk etmələrinin vacibliyini vurğulayır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən F.Muğal yazır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulub.

Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. 1992-ci ildə Xocalıda dinc Azərbaycan sakinləri qətlə yetirilib. Münaqişə region üçün ciddi təhlükələr yaradır. Buna görə də bu problemin tez bir zamanda həlli vacib məsələdir.
Məqalədə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin həlli ilə bağlı göstərdiyi səylərdən, keçirdiyi görüşlərdən bəhs edilir.

Müəllif Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi nailiyyətlərdən, ölkənin dövlət idarəçiliyi və insan hüquqları sahəsindəki uğurlarından söz açır. Ölkəmizin Qərb ilə Şərq arasında körpü rolu oyandığı bildirilən yazıda qeyd edilir ki, bütün bunlar nəzərə alındıqda Azərbaycan Birləşmiş Krallıq üçün Qafqazda əsas tərəfdaşdır.

Müəllif, həmçinin Böyük Britaniya ilə Azərbaycan arasında xüsusilə enerji sahəsində sürətlə inkişaf edən əlaqələrdən bəhs edir.

O, vurğulayır ki, Birləşmiş Krallıq BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı 4 qətnaməsinin icrasında daha fəal iştirak etməli və münaqişənin uzanmasına icazə verməməlidir.(AzərTAc)


Teqlər:  





Xəbər lenti