Litvanın sabiq prezident və baş nazirləri Bakıya gələcək

Litvanın sabiq prezident və baş nazirləri Bakıya gələcək
  29 Aprel 2013    Oxunub:1224
Mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda Litva 15 nəfərlik nümayəndə heyəti ilə iştirak edəcək.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyəti Litvanın ilk hökumət və ölkə rəhbəri Vitautas Landsberqis, keçmiş prezidenti Valdas Adamkus, sabiq baş nazir, hazırda isə Litva Seyminin spikerinin birinci müavini olan Andryus Kubilyus da daxil olmaqla tanınmış ziyalılar və alimlərdən ibarətdir.
Beynəlxalq Cənubi Qafqaz Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Forumda sabiq dövlət və hökumət başçıları ilə yanaşı, hazırkı prezident və baş nazirlər, eyni zamanda dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssis, nüfuzlu elm və mədəniyyət xadimi iştirak edəcək.

Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Mədəniyyəti Fondu, Nobel Oil şirkəti və Qlobal Liderlər Şurasıdır.


Teqlər:





Xəbər lenti