İsmayıllılara şad XƏBƏR
Bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində İsmayıllı rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilib, Olimpiya İdman Kompleksi, Su Elektrik Stansiyası inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Sarayı əsaslı təmir olunub, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilib, yeni kənd təsərrüfatı və emal müəssisələri yaradılmış, İsmayıllı şəhərinin su təchizatı sistemi yenidən qurulub, avtomobil yolları çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
İsmayıllı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə İsmayıllı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
Teqlər: