Bulvarda yürüş keçiriləcək

Bulvarda yürüş keçiriləcək
  24 Sentyabr 2014    Oxunub:1418
Dənizkənarı Milli Parkda «Sağlamlıq yürüşü!»
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əsas prioritet istiqaməti olan əhalinin sağlamlığının qorunması mövzusu daim diqqət və nəzarətdə saxlanılır. Məhz bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi daim bu istiqamətdə öz səlahiyyətləri çərçivəsində bir çox layihələrə imza atır, bir çox tədbirlər həyata keçirir. Görülən hər bir iş, atılan hər bir addım yuxarıda da qeyd olunduğu kimi insanların sağlamlığına, onların yaşam keyfiyyətinin yaxşılaşdırılmasına, ömür uzunluğuna yönəlmişdir.

AzVision.az xəbər verir ki, belə tədbirlərdən biri kimi, Səhiyyə Nazirliyi sentyabr ayının 27 saat 09:00-da Dənizkənarı Milli Parkda «Sağlamlıq yürüşü!» adı altında yürüş marafonu keçirməyi planlaşdırır.

Sentyabr ayının 29 bütün dünyada "Dünya Ürək Günü" kimi qeyd olunduğundan bu marafon ürək xəstəlikləri ilə mübarizəyə həsr olunub. İnsanları sağlam həyat tərzi aparmağa, idmanla məşğul olmağa çağıran həmin Marafonda beş yüzə yaxın insanın iştirak edəcəyi nəzərdə tutulub. Yürüş qalibləri müvafiq olaraq tərəfimizdən mükafatlandırılacaq.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əmindir ki, bu kimi tədbirlər gələcəkdə də əhaliyə öz sağlamlığına diqqət yetirməyi və sağlam həyat yaşamaq fikrini aşılayacaq.



Teqlər:





Xəbər lenti