Arda Turandan İlham Əliyevə hədiyyə

Arda Turandan İlham Əliyevə hədiyyə
  29 Aprel 2013    Oxunub:1661
Türkiyənin məşhur futbolçusu Arda Turan Prezident İlham Əliyevlə görüşüb.
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu İlham Əliyevə “Atletiko Madrid”in formasını hədiyə edib. Formanın üzərində isə İlham Əliyev yazılıb.

Qeyd edək ki, İspaniyanın və dünyanın ən tanınmış klubları sırasında yer alan "Atletiko de Madrid" aprelin 30-da "Bakı" futbol klubunun "Ulduzlar" komandası ilə yoldaşlıq oyunu keçirəcək. Futbol bayramı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 19.00-dan start götürəcək konsert proqramı ilə başlanacaq. Zülfiyyə Xanbabayeva, Ədalət Şükürov, Brilliant Dadaşova futbol azarkeşlərinin önünə çıxacaqlar.


Teqlər:  





Xəbər lenti