Cəmil Quliyev: “... mən pis adam deyiləm”

 Cəmil Quliyev: “... mən pis adam deyiləm”
  29 Aprel 2013    Oxunub:1549
İctimai Televiziyanın yeni direktoru Cəmil Quliyev öz vəzifəsinə gəlikdən sonra departamentlərlə ilk iclasını keçirib
AzVision.az-a İctimai Televiziyadan verilən məlumata görə, bu gün səhər saat 12-də C.Quliyev “Yeni gün” departamentinin əməkdaşları ilə görüş keçirib.

Görüş zamanı işçilərlə səmimi münasibətdə olan yeni sədr: “Mən pis adam kimi tanımayın. Siz öz işinizlə daha yaxşı məşğul olun, vaxtlı-vaxtında işinizi yerinə yetirin, qonararınız da vaxtında veriləcək”.

İclasdan əvvəl xeyli həyəcanlı olan əməkdaşlar Cəmil Quliyevin mehriban söhbətindən sonra xoş təəsüratla oradan ayrılıblar.
C.Quliyev növbəti günlərdə digər departament işçiləri ilə görüşəcək.

Qeyd edək ki, İsmayıl Ömərov İTV-dən getdikdən sonra, Cəmil Quliyev telekanalara rəhbər seçilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti