İlham Əliyev “Şöhrət” ordeni verdi

  29 Aprel 2013    Oxunub : 433
İlham Əliyev “Şöhrət” ordeni verdi
Prezident İlham Əliyev Ataxan Paşayevin təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsində xidmətlərinə görə Ataxan Əvəz oğlu Paşayev “Şöhrət” ordeni ilə təltif edilib.

Məlumat üçün bildirək ki, Ataxan Paşayev Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi vəzifəsində çalışıb.

Teqlər: