Prezident kraliçanı təbrik etdi

Prezident kraliçanı təbrik etdi
  29 Aprel 2013    Oxunub:1053
Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kraliçası Beatriksə təbrik məktubu ünvanlayıb.
"Ölkənizin milli bayramı - Kraliça günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Azərbaycan-Niderland münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimiz arasında münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edərək xalqlarımızın rifahına xidmət edəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Beatriksə möhkəm cansağlığı, xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.


Teqlər:





Xəbər lenti