Ramiz Mehdiyev Əhmədinejadla görüşüb

Ramiz Mehdiyev Əhmədinejadla görüşüb
  30 Aprel 2013    Oxunub:1110
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev aprelin 29-da Tehranda İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad ilə görüşüb.
Prezident İlham Əliyevin səmimi salamlarını Mahmud Əhmədinejada çatdıran Ramiz Mehdiyev yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını ifadə edib.

Ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dini əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev münasibətlərimizin möhkəmlənməsi üçün yaxşı potensialın olduğunu bildirib.

Prezident İlham Əliyevin salamlarından məmnunluq duyduğunu ifadə edən Əhmədinejad onun da səmimi salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Münasibətlərimizin inkişafında hər iki ölkənin dövlət başçılarının yüksək siyasi iradə nümayiş etdirdiklərinin vurğulandığı görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb (Azərtac).


Teqlər:  





Xəbər lenti