Koreyanın şəhəri ilə Gəncə qardaşlaşır

Koreyanın şəhəri ilə Gəncə qardaşlaşır
  26 Sentyabr 2014    Oxunub:1353
Koreya səfiri Gəncədə olub.
Bu gün Koreyanın Azərbaycandakı səfiri Choi Suk-inn Gəncədə rəsmi səfərdə olub və şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüşdə İcra Hakimiyyətinin başçısı qonaqları Gəncədə görməkdən məmnunluq duyduğunu bildirib. Koreya ilə Azərbaycan Respublikası arasında uzun illər yaranan işgüzar əlaqələrdən, xoş münasibətlərdən, qarşılıqlı əməkdaşlığın hər iki ölkənin inkişafındakı mühüm əhəmiyyətindən və bu əlaqələrin davamlı olaraq genişləndirilməsindən söhbət açıb.

Səfir Choi Suk-inn gəlişinin əsas məqsədinin Gəncədə məskunlaşmış köçkün ailələr və uşaqlarla görüşmək, onlarla sülh mövzusunda söhbətlər aparmaq, bir arada xoş anlar yaşamaqdan ibarət olduğunu deyib. Qeyd edib ki, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni, təhsil sahəsində gündən-günə inkişaf edən dostluq, əməkdaşlıq əlaqələri həm Azərbaycan üçün, həm Koreya üçün çox əhəmiyyətlidir. Yaxşı olardı ki, Gəncə ilə Koreyanın bir şəhəri arasında qardaşlıq münasibətləri yaradılsın.

Sonda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfirə dahi mütəffəkir Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Heydər Əliyev Mərkəzi və Park-Kompleksi ilə bağlı hədiyyələr təqdim edib.



Teqlər:





Xəbər lenti