Dünya çempionatında 6-cı olduq

Azərbaycan gimnastları Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət qrup hərəkətləri komandamız İzmirdə keçirilən bədii gimnastika üzrə 33-cü dünya çempionatında çoxnövçülük yarışlarında 6-cı yeri tutub.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun məlumatına görə, gimnastlarımız çempionatın sonuncu mərhələsində 3 lentlə 2 top və 10 gürzlə keçiriləcək iki final yarışında çıxış edəcəklər.
Çempionat bu gün – sentyabrın 28-də yekunlaşacaq.
AzVision.az