Mikayıl Cabbarov:“İşini bilməyən uzaqlaşdırılacaq”

Mikayıl Cabbarov:“İşini bilməyən uzaqlaşdırılacaq”
  30 Aprel 2013    Oxunub:1221
“Mikayıl Cabbarovun nazirlikdə kadr islahatları apardığı barədə söz-söhbət gedirdi. Ancaq bu məlumatlar həqiqətə uyğun deyil”.
Bunu AzVision.az-a açıqlamasında təhsil nazirliyi aparatının rəhbəri İlham Pirməmmədov yeni təhsil nazirinin qurumda apardığı kadr dəyişikliyi barədə yayılan xəbərə münasibət bildirərkən deyib:

“Yeni nazir bu sahədə hələ ki, heç bir addım atmayıb. İşə başlayarkən bütün əməkdaşlarla söhbət aparıb və bildirib ki, o, burada işini bacaran, işini bilən insanlarla işləyəcək. Nazirlikdə də işini bacaran insanlar var. Ancaq hər nazirin öz tələbi var, onun tələbinə görə də işini bilməyən insan burdan uzaqlaşdırılacaq”.

Anar


Teqlər:





Xəbər lenti