Ramiz Mehdiyev İranda Dağlıq Qarabağı müzakirə edib

Ramiz Mehdiyev İranda Dağlıq Qarabağı müzakirə edib
  30 Aprel 2013    Oxunub:1469
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İran İslami Şura Məclisinin sədri Əli Laricani ilə görüşüb.
AzVision.az-ın Mehr agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Ə.Laricani İranın Qarabağ münaqişəsinin aradan qaldırılmasına köməkçi olmağa hazır olduğunu ifadə etdi.

Tehranda reallaşan görüşdə Əli Laricani, iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə inkişafının lazım olduğunu, İslami Şura Məclisi isə bu istiqamətdə hər növ dəstək verməyə hazır olduğunu dilə gətirib.

Region ölkələri öz problemlərini əməkdaşlıq edərək həll edə biləcək vəziyyətdə olduqlarını söyləyən Laricani, İranın Qarabağ böhranının aradan qaldırılmasına köməkçi olmağa hazır olduğunu ifadə etdi.

Ramiz Mehdiyev isə bu görüşdə İran və Azərbaycan arasındakı qədim tarixi və mədəniyyət əlaqələrinin olduğunu bildirərək, bəzi xarici ölkələrin iki ölkənin dostluq münasibətlərinə zərər vermək niyyətində olduqlarını söyləyib.

R. Mehdiyev Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişəni aradan qaldırmaq üçün göstərdiyi cəhdlərə görə İran İslam Respublikasına təşəkkür etdi.


Teqlər:  





Xəbər lenti