`Qalatasaray` yenə uduzdu, `Real` uddu

A qrupunda Madridin “Atletiko” klubu öz meydanında “Yuventus”u qəbul edib. Meydan sahibləri Arda Turanın vurduğu qol sayəsində qalib gəliblər. Qrupun digər oyununda “Olimpiakos” “Malmö”-yə 0:2 hesabı ilə məğlub olub.
B qrupunda “”Bazel” “Liverpul”u (1:0), Madrid “Real”ı isə “Ludoqorotes”i (2:1) məğlub edib.
C qrupunda “Zenit” “”Monako” ilə qarşılaşıb. Görüş 0-0 hesabı ilə yekunlaşıb. Qrupun digər matçında isə “Bayer” (Leverkuzen) “Benfika”nı 3:1 hesabı ilə məğlub edib.
D qrupunda “Arsenal” “Qalatasaray”ı– 4:1hesabı ilə məğlub edib. Qrupun digər oyununda isə “Bosussiya” (Dortmund) səfərdə “Anderlext” 3:0 hesabı ilə məğlub edib.
Eldar Tanrıverdiyev