“Qarabağ” İtaliya səfərində

Ölkəmizin bu turnirdə yeganə təmsilçisi “Qarabağ” İtaliya nəhənglərindən olan “İnter”lə qarşılaşacaq. Qrup mərhələsinin ilk turunda Bakıda “Sent Etyen”dən bir xal alan (0:0) Ağdam klubu hazırda qrupda onunla eyni xala malik Fransa klubu ilə 2-3-cü yerləri bölüşür. Rəqibin xeyli güclü olmasına baxmayaraq, klubumuz Milan səfərindən ən azı bir xalla qayıtmaq istəyir.
“Cüzeppe Meattsa” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start götürəcək. Oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək.
AzVision.az
Teqlər: