Ermənilər Azərbaycana gəlməkdən imtina edib

Ermənilər Azərbaycana gəlməkdən imtina edib
  02 Oktyabr 2014    Oxunub:2367
“Qəbələdə keçirilən “Nifrət nitqinə yox hərəkatı” beynəlxalq Forumuna 47 ölkədən 250 gənc, eləcə də Ermənistandan olan gənclər dəvət edilib”.
Bunu hazırda Qəbələ şəhərində keçirilən “Nifrət nitqinə yox hərəkatı” Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Avropa Şurasının Gənclər Departamentinin sektor müdiri, “Nifrət nitqinə Yox hərəkatı” kampaniyasının rəhbəri Rui Qoneş deyib. O, hələlik erməni gənclərin Foruma qatılmadığını da söyləyib.

Onun sözlərinə görə, bu forumu keçirməkdə əsas məqsəd milli və Avropa səviyyəsində fəal olan gəncləri və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhfə verməkdir: “Forumda nifrət nitqi və ayrı-seçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaq. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcək. Bu tədbirdə əsas məqsədlərdən biri də müharibə şəraitində yaşayan gəncləri sülhün həllində aktiv iştiraka dəvət etməkdir. Həqiqət ən böyük diplomatiyadır. Forumda panellərimzin birini də “Nifrət niqti”nin aradan qaldırmasına həsr edəcəyik”.

R.Qoneş bildirib ki, bu kampaniya müxtəlif ölkələrin gəncləri arasında sülhün bərqərar olunmasına təkan verəcək.(APA)


Teqlər:





Xəbər lenti