MSK-da görüş

MSK-da görüş
  30 Aprel 2013    Oxunub:1377
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Aprelin 30-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Sədr rəhbərlik etdiyi qurumun aparıcı beynəlxalq qurumlarla, həmçinin Avropa Birliyi ilə əlaqələrə xüsusi önəm verdiyini bildirib.

Səfir səmimi qəbula görə təşəkkürünü bildirib, qarşıdan gələn seçkilərlə bağlı görülən işlərlə maraqlanıb və təmsil etdiyi qurumun Mərkəzi Seçki Komissiyası ilə birgə layihələr həyata keçirmək istədiyini diqqətə çatdırıb. MSK sədri beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirilməsindən məmnunluq ifadə edib və bu əməkldaşlığın aşağı seçki komissiyaları üzvlərinin hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə yardım etdiyini vurğulayıb.

Görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.


Teqlər:  





Xəbər lenti