IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşəbbüsü ilə Bakı şəhərinin əsas istirahət mərkəzlərindən birində - Dədə Qorqud parkında 3D qraffiti layihəsinin açılışı olub.
Sərginin sentyabrın 25-i baş tutan açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib. AzVision.az sərgidən fotoreportajı təqdim edir: