Bakı şagirdləri 581 medal qazanıblar

Bakı şagirdləri 581 medal qazanıblar
  30 Aprel 2013    Oxunub:1505
Bakı şagirdləri 2012-ci ildə 203 bürünc, 167 gümüş və 211 qızıl medal qazanıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, BŞTİ-nin tabeliyində 46 məktəbdənkənar təhsil müəssisəsi, o cümlədən, 17 idman məktəbi, 14 uşaq yaradıcılıq mərkəzi, 3 məktəbdənkənar tərbiyə işi mərkəzi, 3 ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, 1 gənc turistlər və diyarşünaslıq mərkəzi fəaliyyət göstərir.

Hazırda məktəbdənkənar təhsil müəssisələri və idman məktəblərində 3142 dərnək və bölmədə 38 min 926 uşaq məşğul olur. Bu müəssisələrdə pedaqoji işçilərin sayı 1779 (yaradıcılıq mərkəzlərində 1300, idman məktəblərində 479) nəfərdir.
2006-cı ildən 2012-ci ilə kimi (son altı ildə) idmançılarımız 902 qızıl, 783 gümüş, 794 bürünc olmaqla ümumilikdə 2479 medal qazanıblar. Təkcə 2012-ci il “İdman ili” ərzində respublika daxilində və beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında idmn məktəbinin yetirmələri 203 bürünc, 167 gümüş, 211 qızıl medal olmaqla 581 medal qazanıblar.

Anar


Teqlər:  





Xəbər lenti